Özbəkistan pambığına olan boykotun - “Cekson-Venik” düzəlişinin aradan qaldırılması, bu ölkədə istehsal olunan mahlıcın və toxuculuq məhsullarının Qərb bazarlarında satışı bu ölkəyə ildə 1 milyard dollar gəlir gətirəcək.
Amerika Birləşmiş Ştatları Konqresi “Cekson-Venik” düzəlişinin aradan qaldırılması təşəbbüsü ilə çıxış edib.
Xatırladaq ki, “Cekson-Venik” düzəlişi 1974-cü ildə konqresmenlər Q. Cekson və Ç. Venik tərəfindən irəli sürülərək qəbul edilib. Düzəliş keçmiş SSRİ dövründə pambıq yığımında uşaq əməyindən istifadə edən Özbəkistan və bir sıra digər ölkələrə şamil olunub.