DÜNYA

15 Fevral

"The Independent” rusiyalı biznesmendən üzr istədi

Böyük Britaniyanın “The Independent” nəşri rusiyalı biznesmen Roman Abramoviçdən üzr istəyib.

Fins.az-ın məlumatına görə “Kommersant” nəşri xəbər verir ki, qəzet sahibkarın Rusiya dövlətinin qanunsuz vəsaitlərini qorumaqda günahlandırmışdı.

Dərc edilən yazıda həmçinin R. Abramoviçə qarşı sanksiyaların tətbiq edilməsi istənilirdi.

Lakin bir müddət sonra məşhur qəzetin rəhbərliyi dərc edilən yazının səhv olduğunu etiraf edərək məşhur iş adamından üzr istəyib.