ABŞ Konqresinin Senatı keçmiş Prezident Donald Trampın impiçment proseduru çərçivəsində ona bəraət qazandırıb.
Bu barədə fins.az “TASS”a istinadən xəbər verir.
Belə ki, eks-Prezidentin impiçmenti üçün 100 senatorun 67-nin səsi lazım idi, lakin 57 senator impiçmentin lehinə, 43 senator isə bunun əleyhinə səs verib. Beləliklə, demokratların Trampa impiçment elan etməyə ikinci cəhdi uğurla nəticələnməyib.
Qeyd edək ki, ABŞ tarixində ilk dəfə olaraq hakimiyyətdən kənarlaşdırma proseduruna iki dəfə eyni, üstəlik keçmiş Prezident məruz qalırdı. Qətnamədə bir ittiham maddəsi var idi - üsyana təhrik.