ABŞ-ın 45-ci Prezidenti Donald Trampın həyat yoldaşı yeni təşkilatın – “Melaniya Trampın Ofisi”nin yaradıldığını bildirib.
Fins.az xəbər verir ki, bu barədə yeni təşkilatın tvitter hesabında məlumat verilib.
“Melaniya Tramp “Melaniya Trampın Ofisi”nin açıldığını elan edir”, - paylaşımda deyilir. Sözügedən paylaşımı M.Tramp da öz səhifəsində "repost" edib.
“CNN” telekanalının məlumatına görə, “Melaniya Trampın Ofisi”nin işi uşaqlara köməklə bağlı olacaq və onun “Be Best” (“Ən yaxşı ol”) informasiya-maarifçilik təşəbbüsünün davamıdır. Təşkilatın baş qərargahı Palm-Biç şəhərində (Florida ştatı) yerləşəcək.