DÜNYA

12 Fevral

Bayden Meksika ilə sərhəddəki vəziyyətlə bağlı qərarı ləğv etdi

Meksika ilə ABŞ sərhədindəki “milli fövqəladə hal” başa çatıb.

Fins.az “Haber Global”a istinadən xəbər verir ki, bunu Ağ Ev bəyan edib.

Bildirilib ki, Prezident Co Bayden keçmiş ABŞ lideri Donald Trampın müvafiq qərarının başa çatdığını açıqlayıb. Bundan başqa, Meksika ilə sərhəddə qanunsuz miqrantlara qarşı divar tikintisinin maliyyələşdirilməsinə son qoyulub. 

Bu, Baydenin keçmiş prezidentin qərarlarını ləğv etməsi prosesi çərçivəsində baş tutub.

Qeyd edək ki, Meksika ilə sərhəddə fövqəladə vəziyyət qərarı 2019-cu ildən qüvvədə idi.