Yaponiyada 24 milyon doza peyvənd məcburiyyət səbəbindən zibilə atılacaq.
Yaponiya aldığı 144 milyon doza “Pfizer” peyvəndlərinin 24 milyon dozasını zibilə atacaq.
Ölkənin səhiyyə naziri Tamura Norihisa qərarın səbəbinin şpris çatışmazlığı olduğunu bildirib. Belə ki, “Pfizer” peyvəndləri altı dozalı uzun şüşə qablarda istehsal edir. Ancaq Yaponiyada istifadə olunan şprislər şüşənin altında qalan son dozanı çəkmək üçün kifayət qədər uzun deyil. Bu, hər şüşədə bir dozanın israf olacağı deməkdir.
Qeyd edək ki, Yaponiyanın peyvəndlənmə proqramına 17 fevralda başlayacağı gözlənilir.