DÜNYA

10 Fevral

BƏƏ istehsalı olan ilk ərəb kosmik gəmisi Marsın orbitinə daxil olub

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Avtomatik Planetlərarası Stansiyasının "Ümid" adı  verilən kosmik gəmisi buraxıldıqdan altı ay sonra, fevralın 9-da yerli vaxtla 19.42-də Marsın orbitinə daxil olub. 

Bu barədə ölkənin Məhəmməd bin Rəşid adına Kosmik Mərkəzi “Twitter” səhifəsində məlumat yayıb. 

Bildirilib ki, “Ümid”ün Marsın orbitinə çatmasını tarixi nailiyyətdir. 

Qeyd edək ki, BƏƏ Marsa kosmik raket göndərən dünyanın beşinci ölkəsidir. 

Xatırladaq ki, BƏƏ-yə məxsus kosmik cihaz iyunun 20-də Yaponiyanın Taneqaşima Kosmik Mərkəzindən “H-IIA” raket-daşıyıcı ilə Marsa göndərilib. 

Aparat Yerdən Marsa təxminən 500 milyon kilometrlik məsafə qət edib.

© APA