Avropada ən iri və ən müasir intermodal qarışıq dəmir yolu terminalı inşa ediləcək. İlkin plana görə terminal 2022-ci ilin birinci rübündə Avropa İttifaqının şərq sərhədində - Macarıstan ilə Ukrayna sərhədindəki Feneşlitke regionunda yaradılacaq.
“Şərq-Qərb qapısı” (“East-West Gate”) orijinal adını alan terminal təxminən 125 hektar ərazini əhatə edəcək və iqtisadi dəhlizin əsas hissəsi olacaq. Bununla da terminal Asiyadan yük daşımalarında Avstriya, İsveçrə, İtaliya, Sloveniya və Almaniya üçün “Yeni İpək yolu”nun qapılarına çevriləcək. Gözlənilir ki, bu alternativ hazırda mövcud olan quru yolu və dəniz marşrutları ilə müqayisədə daha sürətli olacaq.
“Şərq-Qərb qapısı” özünün 5G şəbəkəsindən istifadə edilməklə, məhz ekoloji təmiz texnologiyalar əsasında yaradılan ilk terminal olacaq. Yeni dəmir yolu qovşağı Rusiyanın enli dəmir yolu ilə Avropanın dar dəmir yolunun qovuşuğunda yerləşir. 5 enli dəmir yolundan, 5 dar dəmir yolundan və 850 metr uzunluğunda kran yolundan ibarət olacaq terminal ümumi uzunluğu 740 metrə bərabər 4 dəmir yoluna eyni vaxtda xidmət göstərəcək.
© Azərtac