DÜNYA

09 Fevral

ABŞ İranla nüvə razılaşmasına qayıtmağın şərtini açıqladı

Ağ Ev sözçüsü Cen Psaki İranın nüvə razılaşması şərtlərinə geri dönəcəyi halda, ABŞ-ın da eyni addımı atacağını bəyan edib.

Fins.az xəbər verir ki, o, bu barədə gündəlik brifinqdə ABŞ Prezidenti Co Baydenin İranla bağlı siyasətindən danışarkən söz açıb.

“İranla nüvə razılaşması məsələsinə vahid prizmadan baxırıq və bir məsələyə görə bu prosesin gözləmədə qalmasını istəməzdik”, - o vurğulayıb.

“Razılaşmadan bizdən əvvəlki administrasiya çıxmışdı. Prezident Baydenin isə nüvə razılaşması ilə bağlı mövqeyi dünən necə idisə, bu gün də eynidir”, - İran rəhbərliyinin “əvvəlcə ABŞ razılaşmaya geri dönsün” şəklindəki çağırışını dəyərləndirən Psaki qeyd edib.