Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada jurnalistlərin suallarını cavablandırıb.
Fins.az xəbər verir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelin Moskvadakı təmasları ilə bağlı açıqlamasına münasibət bildirən XİN rəhbəri onunla görüşündə Rusiya və Aİ arasında sistematik əlaqələrin qurulmasının vacibliyini vurğuladığını bildirib.
“Borrellə görüşdə Aİ ilə əlaqələri bütün istiqamətlərdə təktərəfli tələblərlə yox, qarşılıqlı hörmət və bir-birinin mənafelərinin diqqətdə saxlanılması çərçivəsində yaxşılaşdırmağı hədəflədiyimizi təsdiq etdik. Bu yanaşma ilə mənafelərimizin üst-üstə düşdüyü sahələrdə əməkdaşlığa hazırıq”, - XİN rəhbəri vurğulayıb