DÜNYA

08 Fevral

Ermənistanın ÜDM-i  7,5% azalıb

2020-ci ildə Ermənistanda iqtisadi azalma 7,5% təşkil edib.

Fins.az xəbər verir ki, ölkədə istehlak qiymətləri 1,2% artıb

Məlumata görə, xarici ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 13,2% azalaraq 7 milyard 103,9 milyon dollar təşkil edib. İxracat 3,9% azalaraq 2 milyard 544,5 milyon dollara, idxal 17,7 %  azalaraq 4 milyard 559,4 milyon dollara düşüb.

Sənaye istehsalının həcmi 0,9 % azalaraq 2 trilyon 70 milyard 286,5 milyon dram oldu. Kənd təsərrüfatı istehsalı 1.4% artaraq 819 milyard 311.9 milyon dram olub. 

İnşaat sektorunda 9,5%, 413 milyard 830,9 milyon dramadək, ticarətdə - 14%, 2 trilyon 858 milyard 57,8 milyon dram, xidmət sektorunda - 14,7%, 1 trilyon 708 milyarda eniş  qeydə alınıb. 

Ötən il ölkədə elektrik enerjisi istehsalının həcmi 1,2% artaraq 7 milyard 723,4 milyon kilovatsaata çatmışdır.

2020-ci ilin aprel ayının sonunda, Ermənistan Milli Məclisi COVID-19 pandemiyasının təsirini nəzərə alaraq büdcə göstəricilərinə ÜDM-də 2% azalma yenidən baxılaraq təsdiqlənib. (əvvəllər 4.9% artım nəzərdə tutulmuşdu ).

Ermənistan Mərkəzi Bankı keçən həftə ölkənin ÜDM-də 2020-ci ildə düşmə nisbətini 7,8% səviyyəsində qiymətləndirib.