DÜNYA

08 Fevral

Dünyada ən çox yüklənən proqramlar məlum olub

Ötən ilin əvvəlində “TikTok” mobil proqramı dünyada ən çox yüklənilən proqram adına layiq görülərək “WhatsApp”ı geridə qoymuşdu. 2020-ci ildə populyar sosial şəbəkə birinciliyi özündə saxlayırdı, amma 2021-ci əvvəlindən vəziyyət dəyişib.

“Sensor Tower” tədqiqat firmasının məlumatına görə, 2021-ci ilin yanvarında “Telegram” messenceri dünyada ən çox yüklənən mobil proqram olub. “Telegram” 63 milyon dəfə quraşdırılıb. Bu, 2020-cı ilin yanvarı ilə müqayisədə 3,8 dəfə daha çoxdur. Pavel Durovun messencerinin populyarlığı yeni məxfilik siyasəti və şəxsi məlumatların “Facebook”a məcburi təqdim edilməsi səbəbindən istifadəçilərin “WhatsApp”ı kütləvi tərk etməsi ilə bağlıdır.

©ictnews