ABŞ Səudiyyə Ərəbistanına Yəməndə verdiyi hərbi dəstəyi sonlandıracaq.
Fins.az-ın məlumatına görə, bunu ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Cek Sullivan bəyan edib.
Ağ Evdə təşkil edilən mətbuat konfransında çıxış edən müşavir ABŞ Prezidenti Co Baydenin xarici siyasət strategiyası ilə bağlı açıqlamalar verib.
O bildirib ki, ABŞ qlobal miqyasda müttəfiqləri ilə əlaqələrini yoluna qoyacaq, əməkdaşlıqlar artacaq.
“Bu gün cənab prezident ABŞ-ın Yəməndəki əməliyyatlara verdiyi hərbi dəstəyi dayandırdığını elan edəcək”, - o əlavə edib.
Qeyd edək ki, ABŞ 2015-ci ildən bəri Ərəb hərbi koalisiyasına dəstək verirdi.
