Çinin texnologiya şirkətinin Türkiyədəki nümayəndəliyi ilin ilk rübündə Xiaomi istehsalına başlamağa hazırlaşır.
Fins.az xəbər verir ki, Xiaomi-nin Türkiyə üzrə müdiri Usher Liu, "Bizim üçün ən dəyərli bazarlardan biri olan Türkiyəyə investisiya yatırmaq üçün işlərimiz sürətlə davam edir, hər zaman bir addım daha irəliləməyi ümid edirik. Təxminən 14 min kvadrat metr ərazidə Türkiyədə istehsala başlamaq üçün duyduğumuz həyəcanı paylaşmaq istəyirəm. "- deyə qeyd edib.
Çin mərkəzli texnologiya şirkəti Xiaomi, 2021-ci ilin ilk rübündə Türkiyədə smartfon istehsalına başlayacağını açıqlayıb. Marka bu sərmayə ilə təxminən 2 min adamın məşğulluğunu təmin edəcək. Salcomp ilə əməkdaşlıq həyata keçiriləcək zavodun illik istehsal gücü 5 milyon telefon olacaq.
Məsələ ilə əlaqədar Türkiyə Xiaomi Ölkə Müdiri Usher Liu, "Xiaomi 2019-cu ildə Türkiyədə başladığımız missiyada bu nöqtəyə gəldiyimiz üçün çox qürur duyuruq - deyə bildirib.
Müəllif: Aynur Qəniyeva