Avrozona inflyasiyası yanvar ayında son 6 ayda ilk dəfə yüksələrək,son 5 ildə ən yüksək səviyyəyə çatıb.
Fins.az xəbər verir ki, Eurostat-ın məlumatlarına görə, Avro Bölgəsindəki inflyasiya, enerji qiymətlərindəki artdığı üçün yanvar ayında artıb. İnflyasiya isə son 5 ildə ən yüksək səviyyəyə çatıb.
Bu gün açıqlanan məlumatlara görə istehlakçı qiymətləri 6 ayda ilk dəfə 0,9% artıb və iqtisadçının təxminlərini aşıb. Qiymətlər aylıq olaraq 0,2% artıb. Yemək və enerji xaricində əsas TÜFE də 2015-ci ildən bəri ən yüksək səviyyəyə - illik 1.4 % səviyyəsinə çatıb. Ən böyük qiymət artımı Almaniyada olub.
İnflyasiyanı 2%-dən aşağı və bu səviyyəyə yaxın tutmağı hədəfləyən Avropa Mərkəzi Bankının mövcud rəqəmlərdən məmnun qalacağı ifadə edilib. Son dərəcə aşağı faiz dərəcələrinə və milyardlarla avro istiqraz almasına baxmayaraq, bank illərdir inflyasiya hədəfini yerinə yetirə bilmir.
Açıqlanan başqa bir məlumata görə bölgədəki istehsalçı qiymətləri dekabr ayında bir əvvəlki aya görə 0,8% artıb və illik olaraq mənfi olaraq qalıb.
Müəllif: Aynur Qəniyeva