DÜNYA

03 Fevral

Bill Gates \"şəxsi təyyarə\" sərmayəsi ilə 930 milyon dollar qazanıb

Dünyanın ən varlı adamlarından biri olan Bill Gates, aviasiya sənayesi sahəsində pandemiya dövründə çətin bir dövr keçirsə də, özəl  təyyarə şirkətinə qoyduğu sərmayə nəticəsində 930 milyon dollar qazanıb.
Fins.az xəbər verir ki, pandemiya dünyanın ən varlılarının bir ölkədən başqa ölkəyə uçmasına mane ola bilməyib. Bill Gates, Nassef Sawiris, James Packer və Kerry Stokes, dünyanın ən böyük özəl təyyarə operatoruna yatırımlarından 1,2 milyard dollar əldə edib.

Şəxsi təyyarə şirkəti Signature Aviation-ın səhmləri mart ayının ortalarından bəri üç dəfə artıb. 

WingX aviasiya məsləhət şirkətinə görə, epidemiya dövründə qlobal hava trafikində ciddi bir azalma yaşanarkən, özəl təyyarə trafiki daha yaxşı nəticə göstərib. 

Signature Aviation-ın ən böyük səhmdarı Bill Gates, iyul və avqust aylarında səhmlərini dörd dəfə artırıb. Misirdə ən varlı olan Nassef Sawiris, səhmlərini iki dəfə artıraraq  7.4%-ə çatdırıb.

Signature Aviation şirkətinin alınması ilə şirkətin dəyəri 4.8 milyard dollara çatıb, şirkətin səhmləri mart ayından etibarət  200% artıb.

Şirkətin 16%-nə sahib olan Bil Gates'in səhmlərinin dəyəri hazırda 780 milyon dollara çatdı. Gates-in ailə xeyriyyə fondu səhmlərin 2,7%-nə əlavə olaraq sahibdir və bu səhmlərin ümumi dəyəri 150 milyon dollardır.

Müəllif: Aynur Qəniyeva