SpaceX və Tesla-nın baş icraçı direktoru Elon Musk, Clubhouse-dakı Bitcoin-ə investisiya qoymağa gecikdiyini bildirib.
"SpaceX və Tesla" nın baş icraçı direktoru Elon Musk, "Clubhouse" a verdiyi açıqlamada "Bitcoin-i 8 il əvvəl almalı idim, gecikmişdim" dey qeyd edib. Bitcoin-in yaxşı bir şey olduğunu və dəstəkçisi olduğunu söyləyən Musk, "Dogecoin üçün qlobal bir valyuta olmaq əyləncəli olardı" deyə əlavə edib.
Musk, keçən həftə Twitter profilindəki açıqlamasında Bitcoin etiketini və emojisini qoyduqdan sonra kriptovalyuta 10% artaraq 36.000 dolları keçib.
Ən böyük kriptovalyuta olan Bitcoin, London əməliyyatlarında dərhal 15% artdı.
Musk daha əvvəl cümə günü Twitter-də paylaşdığı və qapağında bir itin olduğu "Dogue" jurnalı ilə Dogecoin mitinqinə səbəb oldu. Əvvəlcə zarafat kimi yaradılan Dogecoin keçən cümə 300% artdı.
