DÜNYA

29 Yanvar

Levi’s cinsi pandemiyada populyarlığını itirib

Cins geyimlərin istehsalçısı Levi Strauss Co ötən ilin dördüncü rübündə (2020-ci il, sentyabr-noyabr) gəlirlərinin, 2019-cu ilin anoloji dövrü ilə müqayisədə 12% azalması barədə xəbər yayıb. Mütləq ifadədə göstəricilər 1,4 milyon dollar təşkil edib. Bu haqda isə brendin hesabatında bildirilib.

Hesabat dövründə ABŞ-da şirkətin xalis mənfəəti 2019-cu illə müqayisədə 12%, Avropada 9%, Asiyada 14% azalma nümayiş etdirib.

Üçüncü rübdə isə şirkətin qlobal gəlirləri 2019-cu illə müqayisədə daha nəzərəçarpan azalma göstərib, 27%.

İlin sonunda satış dinamikin artımı, “Qara Cümə” satışları ilə bağlı olub. 2020-ci ilin 4-cü rübündə birbaşa satışlarda azalma 5% olub. Həmin vaxt şirkətin elektron kommersiya satışları isə əksinə 38% artım nümayiş etdirmişdi. Məhz bunun sayəsində oflayn ticarətdəki itkiləri kompensasiya etmək mümkün olmuşdu.

Ümumilikdə, 2020-ci ilin dördüncü rübündə birbaşa satışlar və e-comm satışları şirkətin ümumi gəlirlərinin 29 və 8%-ni təşkil edib. Bütün maliyyə ili ərzində isə şirkətin gəlirləri 23% azalma göstərib.

Levi’s-in gəlirlərinin azalmasına səbəb COVID-19 pandemiyası olub. Xüsusilə oflayn mağazalarda trafik aşağı düşüb və ticarət nöqtələri bağlanmağa başlayıb.

Levi’s-in satışlarının azalmasını istehlakçıların özünütəcrid zamanı daha rahat olan, idman geyimlərinə üstünlük verməsi olub.

Sərt materialdan olan cinslərin gələcəyi hələ ki, aydın deyil. Çünki insanlar vaxtlarının çoxunu evdə keçiriblər və daha çox idman geyimləri alıblar.

“The Wall Street Journal, Washington Post, NPR kimi nəşrlərə açıqlamasında ekspertlər isə deyib ki, cinslərin satışları hələ pandemiyaya qədər azalmağa başlamışdı”, - deyə Business Insider yazıb.

Bununla əlaqədar olaraq şirkət Red Tab idman kostyumları xəttini istehsal etməyə başlamışdı.

Dördüncü rübdə göstəricilərin nisbətən yaxşılaşmasına baxmayaraq,

Levi’s-dən hesab edirlər ki, dördüncü rübdəki müsbət dinamikaya baxmayaraq, satışlardakı neqativ təsir 2021-ci ilin birinci rübünə qədər davam edəcək.

© facemark