Whatsapp-dakı konfidensiallıq siyasətində dəyişikliklərin olacağı barəsində rəsmi məlumat veriləndən sonra smartfon istifadaçiləri dünyanın ən məşhur messencerinə alternativ variant axtarmağa başladılar. Nəticədə istifadəçilərin əksəriyyəti Telegram-ı seçdi. Bir messencerdən digərinə keçid prosesini sadələşdirmək üçün isə Telegram tərtibatçıları həll yolu təklif ediblər. Belə ki, Telegram-ın yenilənmiş versiyasına digər messencerdəki yazışmaların tarixçəsini inteqrasiya etmək funksiyası əlavə edilib.
Beləliklə Telegram-ın yeni versiyası yazışmaların tarixçələrini qoruyub saxlamaqla Whatsapp, Twitter, Line, KakaoTalk və digər messencerlər ilə sosial şəbəkələrdən Telegram-a keçid imkanını verir. Bundan əlavə olaraq Telegram-ın yeni versiyasında qrupları, gizli çatları və zənglərin tarixçələrini elə silmək olar ki, onlar barəsində məlumatı heç kim əldə edə bilməsin. Həmçinin səsli çatlarda da yenilik reallaşdırılıb.
Sosial şəbəkələrin idarəsi üzrə platforma olan HootSuite-in tərtibatçıları hal hazırda mövcud olan internet istifadəçilərinin sayı barədə statistik məlumatlar veriblər. Məlumatlardakı göstəricilər həqiqətən də heyrətləndirirlər və bu ay üzrə olan statistikaya əsasən internet və sosial şəbəkə istifadəçilərinin sayı daha da artıb. Analitik hesabata əsasən keçən il bütün dünya üzrə smartfon istifadəçilərinin sayı 1.8% artaraq 5.22 milyard insan təşkil edib. Bu isə Yer kürəsi əhaləsinin 66.6%-i deməkdir.
Bununla belə internetdən istifadə edənlərin ümumi sayı 59.5% təşkil edir. Bundan əlavə olaraq son 12 ay ərzində sosial şəbəkə üzrə istifadə hesablarının sayı 490 milyon artıb. Hal hazırda bütün dünya üzrə 4.2 milyard istifadəçi hesabı mövcuddur. Bu isə Yer kürəsi əhaləsinin 53%-i deməkdir. Ortalama hər bir istifadəçi hərgün sosial şəbəkələrə 2 saat 25 dəqiqə vaxt ayırır. Maraqlısı ondadır ki, sosial şəbəkələrə daha az zaman ayıran (51 dəqiqə) insanlar Yaponiyada yaşayırlar.
Sosial şəbəkələrdə daha çox zamn keçirdənlər arasında rekordu isə filippinlər tuturlar. Onlar gün ərzində 4 saat 15 dəqiqə sosial şəbəkələrə zaman ayırırlar. Analitiklərin məlumatlarına əsasən ümumilikdə orta statistik istifadəçilər mümkün olan bütün növ cihazlar vasitəsilə gün ərzində 7 saat internetdə zaman keçirdirlər. Bununla yanaşı rəqəmsal cihazlara sahib istifadəçilərin əksəriyyəti axtarış prosesində səsli əmrlərdən istifadə edir. Son 30 gün ərzində istifadəçilərin 45%-i məhz bu cür axtarış üsulundan istifadə edib.
