İsveçrənin 2020-ci ildə xarici ticarət profisiti bir il əvvəlki 37.2 milyard frankdan rekord 43 milyard franka (48.4 milyard dollar) yüksəlib.
Fins.az xəbər verib ki,ixracatın illik həcmi 7,1% azalaraq 225,1 milyard franka, idxal isə 11,2% azalaraq 182,1 milyard franka düşüb
Keçən il İsveçrə ixracatındakı azalma, zərgərlik və saat tədarükünün% 50 azalması ilə əlaqədardır.İsveçrə Saat Sənayesi Federasiyasına görə, 2020-ci ildə ölkədən saat ixracatı 21,8% azalaraq 17 milyard franka çatıb.
Dekabr ayında tədarüklər 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2,5% azalaraq 1,7 milyard franka düşdü. Bütün tədarüklərin 95% -ni təşkil edən qol saatları ixracatı keçən ay 2,2 %azalaraq 1,64 milyard franka çatıb.
