Çinin texnoloji şirkəti ByteDance, ABŞ-da qadağan olunmasına baxmayaraq keçən ilki gəlirini iki dəfə artırıb.
Fins.az xəbər verir ki, qlobal rəqabətə və ABŞ-ın keçmiş prezidenti Trampın TikTok-u qadağan etmək cəhdinə baxmayaraq, ByteDance Ltd.-nin gəliri keçən il iki dəfə artaraq 35 milyard dollara çatıb.
2019-cu ildə 4 milyard dollardan az olan Çin şirkətinin əməliyyat mənfəəti, 2020-ci ildə 7 milyard dollar olub.
Trump, keçən il ABŞ-da ByteDance-in TikTok video tətbiqetməsini qadağan etməyə çalışdı, Oracle Corp. ABŞ investorlarına satılmaq məcburiyyətində qalıb. İndi şirkət, bəzi sosial media imperatorluğunu Biden rəhbərliyi altında Birjaya açmağa bir az yaxındır.
Şirkətin sürətli böyüməsinin mənbəyi beynəlxalq səviyyədə uğurlu TikTok tətbiqi və TikTok-un Çinli əkizi Douyin-dir. Son dəyəri 180 milyard dollar olan şirkət, ilk açıq təklifini Hong Kongda etməyi düşünür.
ByteDance'in daha kiçik rəqibi olan Kuaishou Technology'nin 5.4 milyard dollarlıq IPO-nu gözləyir. Douyin'dan sonra Çinin ən populyar video xidmət təminatçısı, 5 Fevralda Uber Technologies Inc.-dən sonra dünyanın ən böyük internet IPO-ya hazırlaşır.
Ancaq ByteDance üçün böyük bir qeyri-müəyyənlik qalır: Bayden rəhbərliyi əvvəlki rəhbərliyin münasibətini qoruyacaqmı?
2012-ci ildə Zhang Yiming tərəfindən qurulan ByteDance, dünyanın ən populyar tətbiqləri arasında yer alan TikTok'u ortaya qoyub. Xüsusilə gənclər tərəfindən böyük diqqət çəkən tətbiqin yalnız ABŞ-da 100 milyon istifadəçisi var.
Ancaq Trump administrasiyası tətbiqini təhlükəsizlik təhdidi kimi etiketləyərək xidmətlərini keçən il qadağan etdi. Daha sonra Oracle və Walmart Inc. TikTok-un 20%-ni almağa razı olub.
Müəllif:Aynur Qəniyeva
