DÜNYA

25 Yanvar

Səudiyyəlilər İnvestisiya fondunun maliyyəsini ikiqat artırmağı planlaşdırır

Səudiyyə Ərəbistanı, 2025-ci ilədək 400 milyard dollarlıq Dövlət İnvestisiya Fondunun həcmini 800 milyard dollara çatdırmağı hədəfləyir ki, bu da iqtisadi canlanmada əsas rol oynayacaq.
Səudiyyə Ərəbistanı mərkəzi bankının rəhbərini dəyişdirdi və 2025-ci ilə qədər sərvət fondunu iki qat artırmağı planlaşdırdığını bildirib.

Fins.az xəbər verir ki, dəyişikliyin səbəbi açıqlanmayıb, Səudiyyə Ərəbistanı Merkes Bankının prezidenti Əhməd Xəlifəni isə əvvəllər 2011-2016-cı illər arasında mərkəzin rəhbəri vəzifəsində çalışan Fahad əl-Mübarək əvəzləyib.

Mərkəzi bank və 400 milyard dollarlıq Dövlət İnvestisiya Fondu, koronavirus və aşağı neft qiymətləri ilə zədələnmiş iqtisadiyyatın bərpasında əsas rol oynayacaq. Mərkəzi bankın vəzifələri genişləndirilərkən və "iqtisadi böyüməni dəstəkləyən" maddə əlavə edilərkən vəliəhd Məhəmməd bin Salman sərvət fondunun hər il 40 milyard dollarlıq yerli sərmayə qoyacağını bildirib.

Mövzu ilə əlaqədar EFG Hermes Holding Makro İqtisadiyyat Müdiri Muhammed abu Başa, "Edilən dəyişikliklər, büdcənin yetərli olmadığı zaman hər iki qurumun iqtisadi böyümədə əhəmiyyətli bir rol oynayacağına diqqəti cəlb edib. 

Zənginlik fondunun gələcək illərdə artımın əsas mühərriki olacağını ifadə edən Başa, "İqtisadi böyüməni dəstəkləmək üçün vəzifəsi dəyişdirilən aktiv mərkəzi bank, maliyyə təşəbbüslərinə yönələrsə bu səylər tamamlayıcı rol oynaya bilər." deyə əlavə edib. 

Müəllif:Aynur Qəniyeva