Facebook və Amazon.com şirkətləri 2020-ci ildə lobbi fəaliyyətinə rekord miqdarda pul xərcləyib.
Fins.az xəbər verir ki, Facebook-un lobbi xərcləri 2019-cu ildə 16,7 milyon dollar olduğu halda, keçən il 19,7 milyon dollar təşkil edib.
Amazon, illik lobbi xərclərinin bir il əvvəl 16.1 milyon dollar olduğu halda ən az 18.5 milyon dollar olduğunu açıqlayıb.
Sözügedən FAANG qrupunun digər üç şirkəti - Apple, Google və Netflix - 2020-ci ildə bütün zamanların ən yüksək xərcləri ilə fərqlənməyiblər.
Apple, lobbi fəaliyyətinə keçən il 6.7 milyon dollar xərclədiyini, bir il əvvəlki rekord 7.4 milyon dollar olduğunu bildirib. Google, 2020-ci ildə 8.7 milyon dollar xərcləyib,2018-ci ildə bu rekord 21.7 milyon dollar olaraq reallaşıb. Netflix 2015-ci ildə 1.3 milyon dollar xərcləyəsə də 2020-də cəmi 750.000 dollar xərcləyib.
ABŞ-ın iri texnologiya şirkətləri bir çox məsələ ilə bağlı qanunverici və tənzimləyicilərdən getdikcə daha çox tapşırıq alır.
Bu arada FAANG qrupundakı investorlar, Vaşinqtonun təzyiqi ilə qorxudulmur, çünki son 12 ayda beş şirkətin hərbirinin səhmi SP 500-ü üstələyib. Bu dövrdə Facebook səhmləri 23%, Amazon - 75%, Apple - 72%, Netflix - 78%, Alphabet - 27%, göstərici isə 16% güclənib.
Müəllif:Aynur Qəniyeva
