DÜNYA

25 Yanvar

WhatsApp-a qarşı iddia -50 milyon avro cərimələnə bilər

WhatsApp-ın Facebook ilə şəxsi məlumatların paylaşılmasında səhvlərə yol verildiyi və bu barədə Avropadakı istifadəçiləri məlumatlandırmadığına görə cəzalandırıla biləcəyi bildirilib.
Fins.az xəbər verir ki, WhatsApp mesencerinin Avropa Birliyində (AB) məlumatların qorunması qaydalarını pozduğu üçün 50 milyon avroya qədər cərimə oluna biləcəyi bildirilib.

Politico-nun veb saytında dərc olunan məqalədə, WhatsApp-ın Avropadakı mənzil-qərargahının yerləşdiyi İrlandiyadakı məlumatların qorunması agentliyinin şirkətin şəxsi məlumatların istifadəsini araşdırmağa davam etdiyi qeyd edilib.

Whatsapp mesencerinin fərdi məlumatların Facebook ilə paylaşılmasında səhvlərə yol verdiyinə və bu mövzuda Avropadakı istifadəçilərə məlumat vermədiyinə görə istintaq başladıldığını xatırladaraq, bununla da  2018-ci ildən etibarən  Avropa Birliyində qüvvədə olan Ümumi Məlumat Qoruma Reqlamentinin (GDPR) pozulduğu bildirilib.

Hesabatda İrlandiyanın Məlumat Qoruma İdarəsinin şirkətə tətbiq ediləcək cəza ilə bağlı digər AB üzv ölkələrinin müvafiq qurumları ilə danışıqlar apardığı və WhatsApp-ın pozuntularına görə 30 və ya 50 milyon avro arasında cərimə oluna biləcəyi bildirililib.AB fərdi məlumat qaydalarının şəffaflıq tələbləri bu cəzanı nəzərdə tutduğu da qeyd edilən məlumatlardan biridir.

WhatsApp-ın AB məlumat tənzimləyicilərinin qərarı ilə fərdi məlumatlardan istifadə qaydalarını dəyişdirməli olacağına diqqət çəkən xəbərlərdə, sözügedən cərimənin bu il elan edilməsi gözlənildiyi qeyd edilib.

Hesabatda, Facebook-un maliyyə hesabatlarında WhatsApp üçün mümkün cəriməyə  77,5 milyon avro vəsait ayırdığını da diqqət cəlb edilib.

 

Müəllif:Aynur Qəniyeva