DÜNYA

16 Yanvar

İrihəcmli kredit

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) pandemiya ilə əlaqədar iqtisadiyyata dəyən zərəri qarşılamaq üçün Özbəkistan iqtisadiyyatına 521 milyon dollar kredit ayırıb. Bildirilir ki, bu vəsait ölkə iqtisadiyyatının müxtəlif sahələri üzrə 18 layihənin icrasına yönəldiləcək. Onlar arasında bank sektoru, kiçik və orta biznesin inkişafı, bərpaolunan enerji mənbələri, infrastruktur və digər sahələr var. Xəbəri "Fergana.news" verib.