DÜNYA

16 Yanvar

Ən çox miqrant qəbul edən ölkə

BMT-nin iqtisadiyyat və sosial şurası dünyanın ən çox miqrant qəbul edən ölkələrinin siyahısını açıqlayıb. Siyahıda 51 milyon miqrantla ABŞ birinci yeri tutub. Bu da dünyadakı ümumi miqrantların 18 faizini təşkil edir. İkinci və üçüncü yerləri Almaniya və Səudiyyə Ərəbistanı tutur. Rusiya isə 12 milyon miqrantla 4-cü yerdə qərarlaşıb. İlk beşliyi 9 milyon miqrant qəbul edən Böyük Britaniya tamamlayır. Xəbəri NBC "News" verib