DÜNYA

15 Yanvar

ABŞ-ın qara siyahıdakı şirkətlərə milyardlarla dollar sərmayə qoyulub

Bakı, 15 yanvar Fins.az

The Wall Street Journal-a görə, Çinli investorlar, 2021-ci ilin əvvəllərindən bəri ABŞ-ın qara siyahısına düşən Hong Kongun listinq edilən  şirkətlərin səhmlərini almaq üçün milyardlarla dollar xərcləyib

Fins.az xəbər verir ki,Wind-in verdiyi məlumata görə, 2021-ci ildəki ticarətin ilk doqquz günündə investorlar materik Çin və Hong Kong birjaları arasındakı Stock Connect bağlantısını istifadə edərək Hong Kong birjasından 15,8 milyard dollarlıq səhm almış, fondların əhəmiyyətli bir hissəsi isə ABŞ-ın sanksiya tətbiq etdiyi şirkətlərin qiymətli kağızlarına xərclənib.

14 yanvar tarixindən etibarən, fondların dörddə birindən çoxu China Mobile Ltd telekommunikasiya şirkətinin səhmlərinə, təxminən 10% -i CNOOC Ltd neft səhmlərinə qoyulub.

WSJ-nin də qeyd etdiyi kimi, yanvar ayında Hong Kongda satılan qiymətli kağızları, Çin materikindən investorlar tərəfindən satın alma həcmi rekord göstərici nümayiş etdirə bilər, çünki mart ayında ən yüksək səviyyəsinin 90% -ə çatıb.

Müəllif:Aynur Qəniyeva