DÜNYA

15 Yanvar

Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin “Twitter” hesabı bloklandı

Bakı, 15 yanvar Fins.az

“Twitter” Rusiya istehsalı olan “Sputnik V” vaksininin hesabına girişi məhdudlaşdırıb.

Bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondu məlumat yayıb.

“Sputnik V”nin “@sputnikvaccine” hesabı blok edildi. Səbəblərini araşdırırıq”, - İnvestisiyalar Fondunun yaydığı açıqlamada qeyd olunub.

Fond bütün abunəçilərdən hesablarına girişi bərpa etmək üçün “Twitter”lə əlaqə qurmalarını xahiş edir.