Bakı, 15 yanvar Fins.az
Bayden, epidemiyaya qarşı mübarizəni sürətləndirmək və iqtisadiyyatı stimullaşdırmaq üçün təklif etdiyi 1,9 trilyon dollarlıq xilasetmə paketini açıqlayıb
Fins.az xəbər verir ki, Bayden tərəfindən elan edilən təşviq paketində Covid-19 ilə mübarizəyə 400 milyard dollar, çeklərin birbaşa vətəndaşlara ödənilməsi üçün 1 trilyon dollardan çox, icmalara və şirkətlərə 440 milyard dollar vəsaitin təmin edilməsi planlaşdırılır.
Məlumata görə 20 Yanvarda vəzifəsini icra edəcək ABŞ-ın seçilmiş prezidenti Joe Bayden, koronavirus pandemiyasının iqtisadiyyata təsirlərini azaltmaq üçün ABŞ Konqresindən 1,9 trilyon dollar təcili maliyyəyə müraciət edəcək.
Bayden tərəfindən elan edilən pandemiya dəstək planında Covid-19 ilə mübarizədə 400 milyard dollar, birbaşa vətəndaşlara ödəniləcək 1 trilyon dollardan çox çek və icmalarda və şirkətlərdə 440 milyard dollar nəzərdə tutulur.
Müəllif: Aynur Qəniyeva
