DÜNYA

14 Yanvar

Bu rəqib ölkələr arasında ticarət dövriyyəsi ARTIB

Bakı, 14 yanvar Fins.az

2020-ci ilin yekunları üzrə Çin ilə ABŞ arasında ticarət dövriyyəsi illik hesablamada 586.72 milyard dollar yəni  8.3% artıb.

Fins.az xəbər verir ki, bu barədə  cümə axşamı Çinin  Baş gömrük idarəsi məlumat verib.

 Məlumata görə, Çinin Amerika Birləşmiş Ştatlarına ixracatı 7.9% artaraq 451.81 milyard dollara çatıb. Amerika məhsullarının idxalı isə  9.8% artaraq 134.91 milyard dollara yüksəlib. 

2020-ci ildə Çinin müsbət saldosu 316.9 mlrd. dollar təşkil edib və bu, 2019-cu illə müqayisədə illik ifadədə 7.1% artım deməkdir. 

Müəllif: Aynur Qəniyeva