Bakı, 14 yanvar Fins.az
Axios şirkətin sözçüsünə istinadən xəbər verir ki, Snapchat messenceri, yeni seçilmiş prezident Co Bayden-in andiçmə mərasimindən sonra Donald Trampın hesabını həmişəlik qapatmağı planlaşdırır.
Fins.az xəbər verir ki, bu barədə Snapchat məlumat yayımlayıb.
Məlumatda "Xalqın təhlükəsizliyi maraqları naminə və dezenformasiyaları yaymaq, nifrəti qızışdırmaq və şiddətə təhrik etmək cəhdlərinə əsaslanaraq hesabımızı qalıcı olaraq bağlamağa qərar verdik" deyə bildirilir.
Bundan əvvəl Tramp xalqa müraciətində son günlərdə ölkənin "söz azadlığına misli görünməmiş bir hücumun" şahidi olduğunu qeyd edib.
Müəllif: Aynur Qəniyeva