Bakı, 14 yanvar Fins.az
Çərşənbə günü Demokratların nəzarətində olan ABŞ Nümayəndələr Palatası hazırkı Respublikaçı Prezident Donald Trampa impiçment qərarı qəbul edib.
Fins.az xəbər verir ki,bu barədə "TASS" məlumat yayımlayıb.
Məlumata görə 232 millət vəkili sənədin dəstəklənməsi üçün, 197 əleyhinə çıxış edib.
Qeyd edək ki, iclas canlı olaraq C-SPAN TV kanalı tərəfindən yayımlanır.
Müəllif:Aynur Qəniyeva
