DÜNYA

11 Yanvar

Bayden ikinci dəfə peyvənd vurdurdu

Bakı, 11 yanvar Fins.az

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden COVID-19 əleyhinə “Pfizer” vaksininin ikinci dozasını vurdurub.

Bu barədə “RİA Novosti” agentliyi məlumat verib.

Qeyd edilir ki, C.Bayden Nyuarkda, iqamətgahından 10-15 kilometr məsafədə yerləşən hospitalda vaksin vurdurub.