Bakı, 11 yanvar Fins.az
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın rəhbərlik etdiyi NEOM şirkəti təbiətlə insanların harmoniya şəraitində yaşayacağı futuristik şəhərin salınması üzrə yeni "The Line" layihəsinin təqdimatını edib.
Bu layihə urbanizasiya tarixində inqilab kimi qiymətləndirilib.
Təxminən 170 kilometrlik ərazini əhatə edəcək yeni şəhərdə insanlar avtomobillər olmadan, təmiz ekoloji şəraitdə və fərqli infrastrukturdan istifadə etməklə yaşayacaq. Onun salınması üçün Səudiyyə Ərəbistanı hökuməti 48 milyard dollar vəsait ayıracaq və 380 min iş yeri açılacaq.
