DÜNYA

11 Yanvar

Çin peyvəndinin nəticələri ilə bağlı məlumat verildi

Bakı, 11 yanvar Fins.az

Türkiyənin Kocaeli Universitetinin İnfeksion Xəstəliklər üzrə mütəxəssisi, professor Sıla Akhan Çin peyvəndi “Sinovac”la bağlı açıqlamalar verib.

O, Türkiyədə peyvəndin tətbiqi üçün son çalışmaların getdiyini və artıq könüllülərin anticism testi üçün çağırıldıqlarını deyib.

Onun sözlərinə görə, Braziliyada artıq bu dərmanla 10 mindən çox insan peyvənd edilib:

“12 400 peyvənd edilən şəxslərdən 170-i koronavirusa yoluxub. Ən önəmlisi budur ki, peyvənd edilənlərdən virusa yoluxanlar xəstəliyi yüngül keçirib. Yəni peyvəndin xeyirini görüblər”.