DÜNYA

11 Yanvar

ABŞ-ın sanksiyalarına qarşı Çinin müdafiə addımı

Bakı, 11 yanvar Fins.az

Çin, digər ölkələrin "haqsız" qanunlarına qarşı vətəndaşları və şirkətləri üçün yeni qaydalar hazırlayıb. Bu qaydalar ilə, xarici şirkətlər və vətəndaşlara qarşı xarici qanun və qaydaların ədalətsiz tətbiq edilməsinin qarşısını almaq üçün bir işçi qrupunun yaradılması hədəflənir, xarici qanunlara görə "adi iqtisadi, ticarət və əlaqəli fəaliyyət" lərin qarşısı alınan vətəndaşlar və təşkilatlar bu işçi qrupuna 30 gün ərzində hesabat təqdim edə bilərlər.
Fins.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayımlayıb.

Çin Ticarət Nazirliyi tərəfindən edilən açıqlamada, "ölkə xaricində ədalətsiz qaydalara qarşı çıxmaq" məqsədi ilə hazırlanmış tənzimləmənin Çin vətəndaşlarının və şirkətlərinin qanuni hüquqlarını və mənafelərini və ölkənin mənafelərini qorumaq məqsədi ilə edildiyi və bu günə qədər etibarlı olduğu qeyd edilib.

Müəllif: Aynur Qəniyeva