DÜNYA

08 Yanvar

Daha bir ölkədə “Moderna”nın tətbiqinə icazə verildi

Bakı, 8 yanvar Fins.az

Fransa ABŞ istehsalı olan “Moderna” peyvəndinin tətbiqinə başlayıb.

COVİD-19-a qarşı peyvəndləmənin 18 yaş və yuxarı yaş qrupundan olan insanlara vurulacağı bildirilib.

Qeyd edək ki, "Moderna" ölkədə istifadəsinə icazə verilən Pfizer və BioNTech-dən sonra ikinci peyvənddir