DÜNYA

08 Yanvar

Bu ölkə 100 milyon \"Sinovac\" vaksini alacaq

Bakı 08 Yanvar Fins.az

Braziliya hökuməti Çinin "Sinovac" şirkəti ilə 100 milyon dollar doza koronavirus vaksininin satın alınması ilə bağlı razılıq əldə edib.

Bu barədə Braziliyanın səhiyyə naziri Eduardu Pazuellu bildirib.

O bildirib ki, 46 milyon doza aprel ayına qədər tədarük ediləcək. Qalan 54 milyon doza isə ilin sonunadək satın alınacaq.

Bundan başqa, Braziliya "AstraZeneca" şirkətindən 254 milyon doza koronavirus vaksini almaq niyyətindədir.

Qeyd edək ki, Braziliya koronavirusa yoluxma səviyyəsinə görə, dünya ölkələri arasında üçüncü yerdə gedir. Ölkədə bugünədək 8 milyona yaxın yoluxma qeydə alınıb, 200 498 nəfər vəfat edib.