DÜNYA

08 Yanvar

Xamenei İrana ABŞ və Böyük Britaniyanın koronavirus peyvəndlərinin gətirilməsini qadağan etdi

Bakı, 08 yanvar Fins.az

İranın Ali Lideri Ayətullah Əli Xamenei cümə günü ABŞ və İngiltərənin istehsal etdiyi  COVID-19 əleyhinə peyvəndlərin ölkəyə gətirilməsinin qadağan olduğunu bildirib.

Fins.az xəbər verir ki,Ali dini lider İran televiziyasında "ABŞ və İngiltərədən ölkəyə peyvəndlərin gətirilməsi qadağandır. Bu barədə rəsmilərə tapşırıq vermişəm və indi də açıq şəkildə deyirəm" deyə qeyd edib.

Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatları COVID-19-a qarşı həqiqətən təsirli bir peyvənd icad etsəydi, pandemiyadan bu qədər təsirənməzdilər .

"Amerikalılar bir peyvənd hazırlaya bilsəydilər, ölkələrində koronavirusla mübarizədə belə acınacaqlı vəziyyət yaranmazdı" deyə Xamenei bildirib.

Tasnim xəbər agentliyi xəbər verir ki, İranda dekabr ayının sonunda COVID-19 koronavirüsünə qarşı öz peyvəndinin insan klinik sınaqlarına başlayıb.

Qeyd edək ki, İran, Orta Şərqin ən epidemioloji cəhətdən ən əlverişsiz ölkəsi hesab olunur. Pandemiyanın əvvəlindən indiyə qədər ölkədə 1,2 milyondan çox COVID-19 yoluxmuş şəxs aşkar olunub  55,9 mindən çox şəxs dünyasını dəyişib.