DÜNYA

07 Yanvar

Trampın sosial şəbəkədəki hesabları bloklandı

Bakı, 7 yanvar Fins.az

Feysbuk sosial şəbəkə platforması ABŞ-ın hazırkı Prezidenti Donald Trampın paylaşımlarını məhdudlaşdırıb.

Şirkət Tampın Konqresə hücumla əlaqədar postlarına görə hesabını 24 saat blokladığını açıqlayıb.

İnstagram paylaşım platforması da dövlət başçısının profilinə 24 saatlıq paylaşım qadağası tətbiq edib.

Tvitter-də şiddət və qayda pozuntuları təhdidləri davam edərsə, Trampın hesabının silinəcəyi ifadə edilib. Xəbərdarlıq kimi hesabının 12 saatlıq bloklandığı qeyd olunub.