Bakı, 7 Yanvar Fins.az
Xəbər verdiyimiz kimi, yanvarın 6-da Vaşinqtonda seçicilər kollegiyasının 3 noyabr 2020-ci ildəki prezident seçkilərinin təsdiqlənməsi ilə bağlı keçirdiyi iclas zamanı Konqres binasına Tramp dəstəkçiləri tərəfindən basqın edilib.
Bir qrup nümayişçi binanın önündəki polis barrikadasını keçərək Konqres binasına daxil olub. Polis gözyaşardıcı qazla müdaxilə etməyə çalışsa da, iğtişaşçıları dayandıra bilməyib.
Arizonadakı seçki nəticələrinə etirazları qiymətləndirən Senat baş verən hadisələrə görə iclası dayandırıb.
İclasa Senat rəhbəri olaraq moderatorluq edən Vitse-prezident Mayk Pens təhlükəsizlik səbəbilə binadan təxliyyə edilib.
