DÜNYA

07 Yanvar

ABŞ Konqresi Baydenin prezident seçkilərindəki qələbəsini təsdiqlədi

Bakı, 7 yanvar Fins.az

ABŞ Senatı və Nümayəndələr Palatası Cozef Baydenin prezident seçilməsini təsdiqləyib.

İclas ABŞ-ın xəbər telekanallarında canlı yayımlanıb.

Bayden Konqresin 270-dən çox seçici səsini qazanıb.

Konqresdəki seçici səslərinin təsdiqlənməsi noyabr səsverməsinin nəticələrini ümumiləşdirmə prosesinə və ABŞ administrasiyasının növbəti rəhbərinin rəsmi olaraq kim olduğu barədə mübahisələrə son qoymalıdır.