DÜNYA

07 Yanvar

Ağ Evin 4 yüksək səviyyəli şəxsi istefa verdi

Bakı, 07 yanvar Fins.az

Hazırkı ABŞ prezident Donald Trampın tərəfdarlarının Kapitoliya binasına hücumundan sonra Ağ Evin 4 rəsmisi istefa verib.

Bunlar Ağ Evin mətbuat katibinin müavini Sara Metyus, ölkənin birinci xanımı Melania Trampın komandasının rəhbəri Stefani Qrişam, Ağ Evin sosial məsələlər üzrə katibi Riki Niketa və prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Metyu Pottingerdir.