DÜNYA

07 Yanvar

“Facebook” videomüraciətini sildi, “Twitter” məhdudiyyət qoydu

Bakı, 7 Yanvar Fins.az

“Facebook” rəhbərliyi ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı etirazlarla bağlı yazdığı videomüraciəti silib.

Fins.az bildirir ki, bu barədə “TASS” xəbər verib.

“Bu, fövqəladə vəziyyətdir və Prezident Trampın videolarının silinməsi də daxil olmaqla, lazımi fövqəladə tədbirlər görürük. Biz onu sildik, çünki bütün halları nəzərə alaraq, hesab edirik ki, bu, baş verən zorakılıq riskinin azalmasından daha çox artmasına səbəb olur”, - sosial şəbəkənin vitse-prezidenti Qay Rozen tvitterdə yazıb.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp yazdığı videomüraciətdə Vaşinqtonda iğtişaşlar törətmiş tərəfdarlarını dinc şəkildə evlərinə dağılmağa çağırmışdı.

***

ABŞ Prezidenti Donald Tramp tvitterdə yol verdiyi pozuntulara görə ən azı 12 saat tvit yaza bilməyəcək, bu hallar təkrarlanacağı təqdirdə hesab tamamilə silinəcək.

Bu barədə sosial şəbəkənin bloqunda dərc edilmiş bəyanatda deyilir.

***

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda baş vermiş iğtişaşlar fonunda “Facebook”da yol verdiyi qayda pozuntuları səbəbindən 24 saat ərzində sosial şəbəkədə yazmaq imkanından məhrum edilib.

Bu barədə “Facebook”un nümayəndələri tərəfindən yayımlanmış bəyanatda deyilir.