Dünya iqtisadiyyatı koronavirus şokunu aradan qaldırmaq üçün əvvəlcədən proqnozlaşdırılandan daha sürətlə inkişaf edir.
Bunu 20 sentyabr 2020-ci il tarixində Almaniyanın “Deutsche” Bankı yaymışdir.
Bankın İqtisadi Tədqiqatlar Birliyinin meneceri Peter Hooper müştərilərə göndərdiyi notda 2021-ci ilin ortalarına qədər qlobal ümumi daxili məhsulun (ÜDM) pandemiya öncəsi səviyyəyə qayıtmasını gözlədiklərini vurğulayıb:
"Qlobal iqtisadiyyat keçən qış və yaz dövründə COVID-19 səbəbiylə kəskin şəkildə gerilədi. İqtisadiyyatın bərpası gözlədiyimizdən daha sürətli gedir”.
