DÜNYA

30 Dekabr

Baydendən 2021-ci il PROQNOZU

Bakı 30 dekabr Fins.az

ABŞ-da COVID-19-a qarşı vaksinasiya zəruri templərdən geri qalır, koronavirusla bağlı vəziyyət 2021-ci ilin mart ayının sonuna qədər yaxşılaşmaya bilər.

“İnterfaks”ın məlumatına görə, bu sözləri ABŞ-ın yeni seçilən prezidenti Co Bayden deyib.

“Növbəti bir neçə həftə və ya ay çox çətin olacaq. Bəlkə də bütün pandemiya ərzində ən çətin dövr yaşanacaq. Bilirəm, bunu eşitmək ağırdır, ancaq həqiqətdir. Vəziyyət martın sonuna qədər yaxşılaşmaya bilər. Bizim COVID-19-a qarşı planımızın əhəmiyyətli irəliləyiş göstərməsi üçün vaxt lazımdır”, - deyə C.Bayden bildirib.