Səudiyyə Ərəbistanı hökuməti COVID-19 pandemiyası ilə əlaqədar ötən həftə tətbiq etdiyi kommersiya uçuşlarına qadağanın daha bir həftə uzadılması barədə qərara qəbul edib.
Məlumatı krallığın Mülki Aviasiya İdarəsinə istinadla “Saudigazette” nəşri yayıb.
Qadağanın uzadılması ilə yanaşı, Səudiyyə Ərəbistanına uçuşlar həyata keçirən xarici aviaşirkətlərə əcnəbiləri ölkədən çıxarmaq üçün icazə verilib. Məlumatda qeyd olunub ki, krallığın aeroportlarında da pandemiya ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib.
