DÜNYA

28 Dekabr

\"Brexit\" ticarət sazişi təsdiqləndi

Bakı 28 dekabr Fins.az

Avropa İttifaqına (Aİ) üzv ölkələrin təşkilatdakı daimi nümayəndələri post-"Brexit" ticarət sazişini təsdiqləyib.

Bu barədə Aİ-nin Daimi Nümayəndələr Komitəsinin sözçüsü Sebastian Fişer bildirib.

"Daimi nümayəndələr yekdilliklə Britaniya ilə Ticarət və Əməkdaşlıq Sazişinin 1 yanvar 2021-ci il tarixindən etibarən tətbiqini təsdiqləyiblər", - deyə o vurğulayıb.