DÜNYA

28 Dekabr

Çin-dən Cek Ma-ya \"kökünə qayıt\" çağırışı

Bakı 28 dekabr Fins.az

Çin, Ant Group-u aktivlərin  idarəetməsi və kredit xidmətlərini nəzərdən keçirməyə və ödəmə metodları xidmətinə qayıtmağa çağırıb.
Fins.az xəbər verir ki, Warburg Pincus, Carlyle, Temasek və GIC kimi qlobal investorlar iki ay əvvəl dünyanın ən böyük kütləvi təklifi il gündəmə gəlməyə hazırlaşırdılar, amma indi Ant-yə  etdikləri  yüz milyonlarla dollar investisiyalar təhlükə qarşısında qalıb.

Çinli səlahiyyətlilər bazar günü Ant Group'dan, aktivlərindən, rəhbərliyindən kreditə qədər bir çox xidmət göstərən şirkətin maliyyə texnologiya qolunu yenidən araşdırmasını və əvvəlki kimi ödəmə sistemi xidmətlərinə diqqət yetirməsini istəyib.
Mərkəzi Bankın verdiyi açıqlamada çox detal olmasa da, Jack Ma-nın ən gəlirli şirkəti və böyüməsi üçün təhlükə yaradır. Tənzimləyicilər şirkətin bölünməsini tələb etməyilər, lakin Antın fəaliyyətinə yenidən baxmasının nə qədər vacib olduğunu vurğulayıblar.

Tənzimləyicilər şirkətin həll prosesinə bir plan və zaman çizelgesi ilə ən qısa müddətdə başlamalı olduğunu da bildirib.

Mərkəzi Bank açıqlamasında Ant-ın hegemonluğunu sektorda istifadə edərək yüz milyonlarla istehlakçının mənafeyinə zərər verdiyini bildirib

Ant group şirkəti tənzimləyici tələblərlə uyğunlaşdırmaq üçün xüsusi bir heyət qursa da müştərilər üçün qiymətləri qaldırmayacağına söz verdi.

Şirkətin rəhbərliyi və kredit əməliyyatları 463 milyard dollar, ödəmə sistemləri əməliyyatı isə yalnız 17 trilyon dollara çatır.

Müəllif:Aynur Qəniyeva