DÜNYA

14 Dekabr

İranlı nazir: "Neft hasilatını artırmaq üçün heç kimdən icazə istəməyəcəyik"

Bakı 14 dekabr Fins.az

Tehran gələn il neft hasilatını artırmaq üçün OPEC-dən hər hansı bir icazə istəmək niyyətində deyil.

Rusiya mətbuatının verdiyi məlumata görə, bunu İranın neft naziri Bijan Zanqane deyib.

"İcazəyə ehtiyac yoxdur, bu, bizim haqqımızdır. Neft hasilatını artırmaq üçün heç kimdən icazə istəməyəcəyik", - deyə nazir qeyd edib.

Xatırladaq ki, İran gələn ilin mart ayından (yeni maliyyə ilinin başlanılması vaxt) gündə 4,5 mln. baler neft və qaz kondensatı hasil eləmək niyyətiindədir. Bununla yanaşı, ölkə gündəlik neft ixracını 2,3 mln. barelə çatdırmağa planlaşdırır.